Azərbaycanda iri enerji obyekti istismara veriləcək

Azərbaycanda iri enerji obyekti istismara veriləcək
08:33 4 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

"Azərenerji" ASC bu il “Şimal” elektrik stansiyasında ikinci qaz-buxar enerji blokunu istismara verməyi planlaşdırır. Bunu Trend-ə ASC-dən deyiblər.

Qurğunun tikintisi uğurla davam edir və işin böyük hissəsi artıq başa çatıb. ASC-dən bildiriblər ki, işlər qrafikə uyğun gedir: "Qurğunun 2016-cı ildə istismara veriləcəyi gözlənilir".

İkinci qaz-buxar qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda "Şimal" elektrik stansiyasında 400 meqavat gücündə bir qaz-buxar qurğusu var.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2475078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR