“Fiorentina”nın cari ildə ilk məşqini 10 min azarkeş izləyib

“Fiorentina”nın cari ildə ilk məşqini 10 min azarkeş izləyib
08:33 4 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 4 yanvar, AZƏRTAC
İtaliyanın “Fiorentina” futbol klubunun cari ildə ilk məşqini 10 min azarkeş izləyərək, komandaya olan sevgilərini nümayiş etdiriblər.
Məşq zamanı klubun futbolçuları azarkeşlərin bu cür dəstəklərinə qarşılıq olaraq stadionun mərkəzində ürək şəklində düzülərək onlara öz sevgilərini bildiriblər. Məşqin sonunda futbolçular fanatlarına futbol maykalarını hədiyyə ediblər. Məşqi heyranlıqla izləyən “Fiorentina” azarkeşləri klubun marşını səsləndirib və bayraqlarını dalğalandırıblar.
Hazırda İtaliya A seriyasının turnir cədvəlində ikinci yerdə qərarlaşan “Fiorentina” cədvəlin lideri olan “İnter”dən cəmi bir xal geridədir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR