"Riyazi cəhətdən Çempionlar Liqası zonasına düşmək imkanımız var"

"Riyazi cəhətdən Çempionlar Liqası zonasına düşmək imkanımız var"
09:42 4 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin baş məşqçisi Qus Hiddinq "Kristal Palas" üzərində qazanılan inamlı qələbədən sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland mütəxəssis "zadəganlar"ın məşqçisi kimi qazandığı ilk qələbəsini belə şərh edib.
"Bu, narahat perioddan sonra "Çelsi"nin ilk qələbəsidir. İki bərabərlikdən sonra komanda qalibiyyətə çox ehtiyac duyurdu və buna nail oldu. Hər kəs bilir ki, bizim keyfiyyətli heyətimiz var. Amma bəzən çempionlar arxayınlaşmaq tendensiyasına düşür. Komandanı əvvəlki vəziyyətə qaytarmaq çətinləşir. İrəlidə uzun yol var. Riyazi cəhətdən Çempionlar Liqası zonasına düşmək imkanımız var. Premyer Liqa güclü liqadır. Amma bugünkü kimi oynasaq, çox şad olaram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR