Zaqatala və Xaçmazda yanğın

Zaqatala və Xaçmazda yanğın
10:12 4 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz və Zaqatala rayonlarında yanğın hadisələri baş verib. Milli.Az-a istinadən bildirir ki, bu barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilib.

Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının pəncərə çərçivəsi 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Xaçmaz rayonu, Canaxır kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m birmərtəbəli 6 otaqlı evin eyvanının tavanı 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Zaqatala rayonu, Aşağı Tala kəndəndə vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 17 ton ot bağlaması yanıb. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR