Bakıda şaxtalı hava 6 nəfəri xəstəxanalıq etdi

Bakıda şaxtalı hava 6 nəfəri xəstəxanalıq etdi
10:39 4 Yanvar 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bayram günlərində təcili yardıma çağırış sayı 2000-i keçib

Bayram günlərində təcili tibbi yardıma çağırışların sayı 2000-i keçib. Bu barədə Lent.az-a Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. O bildirib ki, bayram günlərində adi günlərə nisbətən çağırışların sayı 10% artıb. Çağırışların çoxu ürək-damar xəstəlikləri ilə əlaqədar olub.

 

Bayram günlərində Bakıda havanın şaxtalı keçməsi və qar yağması ilə əlaqədar 6 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. 

 

Qidadan zəhərlənmə üzrə 4 fakt qeydə alınıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR