"Real" "Valensiya" səfərində xal itirdi - VİDEO

La Liqada 18-ci tura yekun vurulub.


Turun mərkəzi oyununda "Valensiya" "Real"ı qəbul edib. Qonaqlar 16-cı dəqiqədə Kərim Benzemanın vurduğu qolla hesabı açıb. Ancaq Madrid klubu fasiləyə öndə yollana bilməyib. Birinci hissəyə əlavə edilmiş dəqiqələrdə Parexo penalti zərbəsini dəqiq yerinə yetirib. Matçın sonlarında komandalar hərəyə daha bir dəfə seviniblər. "Real"ın heyətində Beyl, "Valensiya"da isə Alkaser fərqlənib.

"Valensiya" - "Real" (Madrid) - 2:2

Qollar: Parexo, 45+1 (pen.), Alkaser, 83 - Benzema, 16, Beyl, 82

Qırmızı vərəqə: Kovaçiç, 68

"Valensiya" - "Real" oyununu canlı izləyə bilməyənlər üçün video icmalı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR