FHN-in təyyarəsi neftçi meyitlərini gətirmək üçün Türkmənistana yola düşdü

FHN-in təyyarəsi neftçi meyitlərini gətirmək üçün Türkmənistana yola düşdü
11:11 4 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitləri gətirmək üçünü bu ölkəyə yola düşüb.

FHN-dən ANS PRESS-ə verilən məlumata görə, aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib.

Meyitlər Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.

Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR