Millimizin ilk sınağı

Millimizin ilk sınağı
11:12 4 Yanvar 2016
19 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirin oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək.

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan turnirin ilk qarşılaşmasında yığmamız Latviyanın U-19 komandası ilə üz-üzə gələcək. 

Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.

4 yanvar

15:15. Azərbaycan - Latviya 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR