"Arvadıyla şəkil paylaşmaq, silikon etdirmək eyib deyil?" - İradə

"Arvadıyla şəkil paylaşmaq, silikon etdirmək eyib deyil?" -   İradə
11:16 4 Yanvar 2016
117 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İradə İbrahimova "ATV maqazin onlarla" verilişini İstanbuldakı evində qonaq edib.

Axşam.az-ın məlumatına görə, sənətçi hamiləlik fotosunu sosial şəbəkədə paylaşdığı üçün onu qınayan həmkarına cavab verib: 

"Mənə dedilər ki, bəzi müğənnilər başqa adlarla səhifələr açırlar. Girib antireklam üçün fikirlər yazırlar. Bu yaxınlarda mənim də başıma gəldi. Bir müğənni mənə ağıl verir. Götürüb hamiləlik şəklimin altından bunları yazıb: "Xanım müğənnilər içində azda olsa, fərqlənən sən idin. İradəyə bu şəkilləri yaraşdırmıram. Qapalı, sirli olmalı idi. İstəyirsən məni burdan sil, amma düzün deyəcəm". Ayıbdır... Bu insanda məndə olan hörmətin, davranışın 30 faizi yoxdur. Arvadı ilə selfi çəkib paylaşmaq, dodağını silikon etdirmək eyib deyil? Mən qadınam heç silikonum yoxdur. Keçmişini unudub. Kimlərin qucağında nə şəkilləri var yadına salsın. O cümləni yazmazdan qabaq dön arvadına, keçmişinə bax. Ailə qurmağa layiqli müğənnilərdən biri də elə İradə idi".
 
İ.İbrahimovanın həyat yoldaşı Ceyhun İzər xoşbəxt olduğunu bildirib:

"Əvvəl evlənəndə mənə "kiralıq kürəkən" deyilirdi. Biz xoşbəxt ailəyik. Bu cür sözlərə gülürük. İradə ilə ailə qurduğuma peşman deyiləm. Hər gün nə qədər doğru bir qərar verdiyimə əmin oluram. Əsas bizim xoşbəxtliyimiz, hüzurumuzdur. Onu da bu cür dedi-qoduların pozmasına icazə vermərəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR