"Çelsi" Hiddinkin rəhbərliyi altında ilk qələbəsini qazandı - VİDEO

İngiltərə Premyer Liqasında 20-ci tura yekun vurulub.

"Kristal Pelas" "Çelsi"ni qəbul edib. Ev sahibləri son 6 tur ərzində məğlubiyyətlə üzləşməmişdilər. Ancaq bu səfər hadisələr "Pelas"ın istədiyi kimi cərəyan etməyib. 29-cu dəqiqədə Oskar hesabı açıb. İkinci hissədə Villian fərqi artırıb. 66-cı dəqiqədə isə Dieqo Kosta yekun hesabı müəyyənləşdirib. "Çelsi" Qus Hiddinkin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

"Kristal Pelas" - "Çelsi" - 0:3

Qollar: Oskar, 29, Villian, 60, Kosta, 66

"Kristal Pelas" - "Çelsi" oyununun video icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR