""Donuz qripi” ilə bağlı şübhəli hal qeydə alınmayıb" - Səhiyyə Nazirliyi

""Donuz qripi” ilə bağlı şübhəli hal qeydə alınmayıb" - Səhiyyə Nazirliyi
11:34 4 Yanvar 2016
24 Sosial
Ölkə mətbuatı
A- A+

“Donuz qripi” (A/H1 N1-red.) ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal qeydə alınmayıb”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Raqif Abdullayev deyib.

 

O bildirib ki, “Qaynar xətt”ə “donuz qripi” ilə bağlı müraciət daxil olmayıb.

 

R. Abdullayev qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin “donuz qripi” ilə bağlı imzaladığı əmr qüvvədədir: “Donuz qripi” təhlükəsinə görə nəzərdə tutulmuş tədbirlər tərəfimizdən həyata keçirilir”.

 

Qeyd edək ki, ötən il İranda 33, bu il isə Türkiyədə 3 nəfər “donuz qripi” epidemiyası nəticəsində həyatını itirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR