"2015-ci ildə Azərbaycanda qaz hasilatı rekord həddə çatıb"

"2015-ci ildə Azərbaycanda qaz hasilatı rekord həddə çatıb"
11:57 4 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Azərbaycanda kommersiya qaz hasilatı səviyyəsi artıb.

APA-nın "Natural Gas Europe" saytına istinadən verdiyi xəbərə görə, bunu SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.
 
Azərbaycanın qaz sektorunu şərh edən R.Qurbanov bildirib ki, 2015-ci ildə ilk dəfə kommersiya qaz hasilatı 18,9 mlrd. kub metrə çatıb, bu isə 2014-cü illə müqayisədə 0,2 mlrd. kub metr çoxdur. "Qaz hasilatı Şahdəniz və Azəri-Çıraq-Günəşli yataqları hesabına artıb. Bu yataqların operatoru isə BP şirkətidir. 2015-ci ildə Azərbaycanda Şahdəniz mərhələ-1 işləmələri üzrə 9,9 mlrd. kub metr qaz hasil edilib", - deyə R. Qurbanov qeyib.
 
SOCAR rəsmisinin sözlərinə görə, buna baxmayaraq, 2015-ci ildə Azərbaycanda ümumi qaz hasilatı (səmt və laylara vurulan qaz da daxil olmaqla) 29,4 mlrd. kub metrə çatıb ki, bu da 2014-cü illə müqayisədə 0,2 mlrd. kub metr çoxdur.

Milli.Az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR