Tikinti şirkətləri vətəndaşların ev arzusunu ürəyində qoydu

Tikinti şirkətləri vətəndaşların ev arzusunu ürəyində qoydu
12:36 4 Yanvar 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Tikinti materiallarının qiymətində baş verən dəyişiklikdən sonra , paytaxtda fəaliyyət göstərən bəzi tikinti şirkətləri kooperativ binalarda aylıq ödəniş haqlarını artırmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, şirkətlər tikintisi başa çatmayan binalardan ev almaq istəyən vətəndaşalara artıq əvvəl müəyyən olunmuş ödənişlərin kifayət etmədiyini , buna görə də məbləği artırdıqlarını bildiriblər.

Bu isə müştərilərlə tikinti şirkətləri arasında narazılığa səbəb olub.Şikayətçi Fərrux Ağazadə deyir ki, Bakıda yerli şirkətlərin birinin tikdiyi binalardan ev aldığına görə peşmandır.

"Bu ilin yanvar ayından Bakıda fəaliyyət göstərən tikinti şirkətlərindən birinə 10 000 manat ilkin ödəniş verərək bir otaqlı ev almışam, aylıq da 600 manat ödəyirəm, 48 aylıq müqaviləm var. Amma dollar qalxandan sonra deyirlər ki, tikinti materiallarının qiyməti də qalxıb, bundan sonra ayda 900 manat verməliyəm. Birincisi, mənim bu qədər pul verməyə gücüm çatmır, ikincisi də ki, bir otaqlı ev mənə 38000 manata deyil, 53000 manata başa gələcək", - deyə şikayətçi bildirdi.




Bakıda fəaliyyət göstərən bir neçə digər tikinti şirkətləri ilə əlaqə saxlayıb qiymətlərdə dəyişikliyin olub-olmadığını soruşduq. Onlardan birində satış meneceri işləyən Həşim Həsənov qeyd etdi ki, qiymət artımı qaçılmazdır.

"Biz bir binanı tikərkən qabaqcadan onun bütün materialları da daxil olmaqla onun qiymətini hesablayırıq və alıcılara da ilkin ödəniş və aylıq kreditləri buna görə bölürük. Məsələn, əgər bir binanın tikilişi bizə əvvəllər 5 milyona başa gəlirdisə, dollardan sonra tikinti materiallarının qiymətinin artması ilə əlaqədar əgər bir bina bizə 10 milyona başa gələcəksə, təbii ki, biz də məcbur olub, ya ilkin ödənişləri çox alacağıq, ya da aylıq kreditləri qaldıracağıq", - deyə menecer əlavə etdi.

Hüquqşünas Tahir Əlirzayev deyir ki, bu problemin həlli müqavilənin şərtlərindən asılıdır.

"Əgər ev alanla, ev satan arasında müqavilədə məzənnə dəyişikliyi ilə bağlı hər hansı bir bənd varsa, onda, bu normal haldır. Ev satan şirkət qiyməti qaldıra bilər. Amma əgər belə bir bənd yoxdursa, o zaman bu hüquq pozuntusudur və şirkətin qiymət qaldırması özbaşınalıqdır. Məsələ ilə bağlı ev alan şəxs həmin şirkəti məhkəməyə verə bilər."- deyə hüquqşünas əlavə etdi.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, təbii ki, bundan sonra tikiləcək binaların mənzilləri baha qiymətə satılacaq:

"Tikinti şirkətlərin qiyməti artırması, əslində, gözləniləndir. Məsələni alıcılarla şirkətlər özləri müzakirə etməli, ortaq məxrəcə gəlməlidirlər: ya tikinti dayandırılmalı, ya qiymətlərə əlavələr olunmalıdır", - deyə mütəxəssis qeyd etdi.


Nüsrət İbrahimov - Daşınmaz əmlak üzrə mütəxəssis

Alıcı və şirkətlər arasında yaranan bu problemin həllində imzalanan müqavilənin əhəmiyyəti böyükdür. Əgər vətəndaşla şirkət arasında olan razılaşmada belə bir maddə öz əksini tapıbsa , vətəndaş əlavə məbləğ ödəməli olacaq. Əks halda şirkət binanın tikilib başa çatması üçün özü əlavə xərc çəkməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb

23 Sentyabr 2017 15:16

Vəhşicəsinə öldürülən 5 yaşlı Məhəmmədin görüntüləri yayıldı

23 Sentyabr 2017 15:08

İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ

23 Sentyabr 2017 15:03

Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”

23 Sentyabr 2017 15:03

Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

23 Sentyabr 2017 15:02

İraq ərazisindən Türkiyəyə hücum olundu

23 Sentyabr 2017 15:02

DİQQƏT: Evinizi bu üsulla havalandırın

23 Sentyabr 2017 14:54

Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?

23 Sentyabr 2017 14:53

Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

23 Sentyabr 2017 14:47

Bərzanidən TƏXİR QƏRARI

23 Sentyabr 2017 14:43

Elgiz Əkbər öz işinin başına qaytarılacaq

23 Sentyabr 2017 14:42

Anti-Azərbaycan şəbəkəsinin izi hara aparır?

23 Sentyabr 2017 14:39

Azərbaycanlının dünya çempionunu belə öldürüdü - VİDEO

23 Sentyabr 2017 14:37

Bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər

23 Sentyabr 2017 14:35

Almaniyada sabah seçkidir

23 Sentyabr 2017 14:25

Şimali İraqdan Türkiyəyə HÜCUM: ölən və yaralanan var

23 Sentyabr 2017 14:23

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb

23 Sentyabr 2017 14:22

Aygün 30 illik hesabat verdi: göz yaşları ilə, "Yenə tək"...

23 Sentyabr 2017 14:19

Bakıda şirkətdən külli miqdarda pul oğurlandı

23 Sentyabr 2017 14:18

Gürcüstandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib

23 Sentyabr 2017 14:17

Azərbaycan XİN başçısı ATƏT-in baş katibi ilə görüşüb

23 Sentyabr 2017 14:17

"Kəpəz" qələbə, "Zirə" liderlik arzusunda - YENİLƏNİR

23 Sentyabr 2017 14:17

"Bərzani bu böyük xətadan geri dönməlidir" - Ərdoğanın baş müşaviri

23 Sentyabr 2017 14:14

"Gürzə" yeməyinin hazırlanması

23 Sentyabr 2017 14:10

Tənbəl insanlar üçün ƏLA "KƏŞF"LƏR - FOTO

23 Sentyabr 2017 14:03

Bakıda metronun qarşısında ölüm...

23 Sentyabr 2017 14:03

Məşhur aktyor həyat yoldaşı Bergüzar Korel haqqında görün nə dedi?

23 Sentyabr 2017 13:58

Avtobusda 9 yaşlı uşağı döydülər

23 Sentyabr 2017 13:51

Müharibəyə doğru - Baş nazirdən növbəti SƏRT XƏBƏRDARLIQ

23 Sentyabr 2017 13:48

4:1 Qurban Qurbanova nə verdi? - 25+225...

23 Sentyabr 2017 13:47

Aygün Kazımovanın konsertindən

23 Sentyabr 2017 13:46

“Moody's Böyük Britaniyanın reytinqini endirib

23 Sentyabr 2017 13:42

"Referendum qərarı macəradır" - Binəli Yıldırım

23 Sentyabr 2017 13:34

İraqın Baş Qərargah rəisi Türkiyəyə yollandı

23 Sentyabr 2017 13:31

İraq kürdlərinin müstəqillik referendumunda online səsvermə başlayıb

23 Sentyabr 2017 13:29

44 yaşlı tovuzludan Bakıda 9 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL: saqqız alacam deyə apardı, zorladı və...

23 Sentyabr 2017 13:28

“Roma”nı udacağımızı deyə bilmərik" - MÜSAHİBƏ

23 Sentyabr 2017 13:27

Bill Geytsdən Ctrl+Alt+Delete etirafı

23 Sentyabr 2017 13:23

Uşaqların ən gülməli anları

23 Sentyabr 2017 13:23

ÇİN: Zavodda partlayış

23 Sentyabr 2017 13:18

DİQQƏT: İstirahət günü hava yağışlı olacaq

23 Sentyabr 2017 13:10

"CBC Sport"un rəhbəri evlənir: toy harda olacaq? - FOTO

23 Sentyabr 2017 13:07

Müğənni 61 yaşlı məşhur aparıcıdan hamilə qaldı, 5 min dollar alıb BUNU ETDİ

23 Sentyabr 2017 13:03

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

23 Sentyabr 2017 13:02

Hərbi təlimlərlə bağlı son məlumat

23 Sentyabr 2017 12:59

Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

23 Sentyabr 2017 12:58

“Cənubtikintiservis”in səhmləri bu il 14% bahalaşıb

23 Sentyabr 2017 12:57

Qalın gödəkçələri evdə təmizləməyin 7 QIZIL QAYDASI

23 Sentyabr 2017 12:53

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayır

23 Sentyabr 2017 12:52

Qadınları satan Vəfa kimdir?

23 Sentyabr 2017 12:52