Yanvar ayının ilk iş günündə Bakıda 7 dərəcə isti olacaq, qərb rayonlarında isə qar yağacaq

Yanvar ayının ilk iş günündə Bakıda 7 dərəcə isti olacaq, qərb rayonlarında isə qar yağacaq
12:37 4 Yanvar 2016
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Bu ayın ilk iş günündə - yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Paytaxtda bəzi yerlərdə zəif duman və çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında yanvarın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin bəzi qıraq qərb rayonlarında qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, gündüz arabir gücələnəcək.
Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR