Azərbaycanda neçə həkim var?

Azərbaycanda neçə həkim var?
12:42 4 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Keçən il Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən report-a verilən məlumata görə, 2015-ci ildə həkimlərin sayı 32 756 (2014-cü ildə 32 434 nəfər ) nəfər olub. Bu da əhalinin hər 10 000 nəfərinə 34,6 həkimin düşməsi deməkdir. Eyni zamanda, onlar arasında ixtisaslar üzrə ən çox terapevtlər üstünlük təşkil edib. Belə ki, ötən il üçün terapevtlərin sayı 8 504 nəfər olub.

Sonrakı yerlərdə pediatrlar 4 029 (2014-cü ildə 3 992), cərrahlar 3 640 (2014-cü ildə 3 771), stomatoloq və diş həkimi 2 601 (2014-cü ildə 2 452), ginekoloqlar 1 913 (2014-cü ildə 1 989), digər ixtisaslara görə 6 044 (2014-cü ildə 5 293) nəfərlə qərarlaşıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR