Şaxtada "qızışan" sürücülərin CƏZASI

Şaxtada "qızışan" sürücülərin CƏZASI
12:42 4 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Bayram günləri yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər zamanı 40-a yaxın sərxoş sürücü aşkar edilib.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bundan əlavə, bölmə rəisinin sözlərinə görə, 1 avtoxuliqan aşkar edilərək qanunveriliciliyə uyğun şəkildə məsuliyyətə cəlb edilib, həmçinin polisin qanuni tələblərini yerinə yetirməyən 6 sürücü barəsində tədbir görülüb.

V.Əsədov əlavə edib ki, yol polisi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə gücləndirilmiş rejimində işləyir:  

"Bayram ərəfəsində və günlərində yol qəzalarının qarşısının alınması, yollarda yarana biləcək sıxlığın baş verməməsi və tıxacların yaranmaması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində müxtəlif istiqamətlər üzrə nəzarət gücləndirilib. Hazırda hər bir yol polisi əməkdaşı dislokasiya edilmiş ərazi üzrə xidmətini davam etdirir".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, respublika ərazisində 2015-ci il dekabrın 31-dən 2016-cı il yanvarın 4-dək, yəni 5 gün rəsmi istirahət günləri elan olunub.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR