Balakəndə “Azəryem Sənaye” MMC-də partlayış baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 10:30 radələrində “Azəryem Sənaye MMC”ə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib. Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparılır.