Azərbaycanlı qapıçı BƏƏ-yə gedir

Azərbaycanlı qapıçı BƏƏ-yə gedir
13:05 4 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı qapıçı Emil Balayevin komandası "Ayntraxt" qış təlim-məşq toplanışını keçirmək üçün bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Frankfurt təmsilçisi ikinci dövrəyə Əbu-Dabi şəhərində hazırlaşacaq.

Baş məşqçi Armin Fe toplanışda Stefan Reynartsın xidmətindən yararlana bilməyəcək. Belə ki, adıçəkilən oyunçu zədəli olduğu üçün Əbu-Dabi toplanışını buraxacaq. Fe toplanışda var gücü ilə iştirak edə bilməyəcək Reynartsı BƏƏ-yə aparmağa ehtiyac duymur.
 
"Ayntraxt" Əbu-Dabiyə 4 qapıçı ilə yollanacaq. Lukaş Qradeçki, Haynts Lindler Yannik Zummakla yanaşı, Emil Balayev də toplanışa qatılacaq. Həmyerlimizə stomatoloji əməliyyatdan sonra istirahət verilmişdi. Hazırda özünü yaxşı hiss edən Balayevin toplanışda iştirak etmək üçün problemi qalmayıb.
 
Qeyd edək ki, Bundesliqanın cari mövsümündə 17 oyundan sonra 17 xal toplayan "Ayntraxt" qış fasiləsinə XIV pillədə yollanıb.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR