Bakıda 5-7 dərəcə isti olacaq

Bakıda 5-7 dərəcə isti olacaq
13:05 4 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Bu ayın ilk iş günündə - yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Paytaxtda bəzi yerlərdə zəif duman və çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında yanvarın 5-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin bəzi qıraq qərb rayonlarında qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR