Bakıda metro çıxışında qətl

Bakıda metro çıxışında qətl
13:31 4 Yanvar 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda metrostansiyanın çıxışında qətl törədilib.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 11 radələrində Bakı Metropoliteninin "Sahil" stansiyasının çıxışında qeydə alınıb. Hələlik şəxsiyyəti istintaqla müəyyən edilməyən 25-30 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslər ərazidən uzaqlaşıb.

Hazırda hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırmalar aparır.

Hazırda öldürülən və qətli törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Oxşar hadisə oktyabr ayının 29-da Qara Qarayev metrostansiyasının çıxışında qeydə alınıb. Paytaxt sakini 1993-cü il təvəllüdlü İlahə Həsən qızı Yusifova küçənin ortasında bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb.
Gənc qızı öldürən şəxsin onu sevən şəxs olduğu bəlli olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR