Cəsədi tapılan neftçilərin şəxsiyyətləri bilindi

Cəsədi tapılan neftçilərin şəxsiyyətləri bilindi
13:47 4 Yanvar 2016
76 Digər
Ölkə mətbuatı
A- A+

Dünən Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilən iki Azərbaycan neftçisinin kimliyi müəyyən olunub.

Report Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

Qeyd olunub ki, orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən, tapılanlar ''Günəşli'' yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR