Manat verib 50 min dollar aldı, sabahısı oğurladılar - Bakıda

Manat verib 50 min dollar aldı, sabahısı oğurladılar - Bakıda
13:47 4 Yanvar 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin ilk günlərində Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Milli.Az bildirir ki, Səbail Rayon Polis İdarəsindən virtualaz.org-a verilən məlumata görə, naməlum şəxslər açar seçmə olu ilə Ağaşirin Əkbərovun A.Abbaszadə küçəsi, ev 17-dəki mənzilinə girərək, oradan 1100 manat, 45 900 dollar və 1100 avro aparıblar.

Zərərçəkən deyib ki, qarətdən bir neçə gün əvvəl əlindəki milli valyutanı dollara çeviribmiş.

Oğurluq yanvarın 1-3-ü arası, mənzil sahibi evdə olmayanda baş verib.

Hələlik oğurluğun kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil.

Fakla bağlı araşdırma davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR