"Mançester Yunayted" Neymardan əl çəkmir

"Mançester Yunayted" Neymardan əl çəkmir
13:57 4 Yanvar 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" klubu "Barselona"nın futbolçusu Neymarla danışıq aparır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "mankunianlar" braziliyalı hücumçunu transfer etməkdə israrlıdılar.

İngilislər bu günlərdə qarşı tərəfə yeni təkliflə müraciət ediblər. Belə ki, "Mançester Yunayted" rəhbərliyi Neymarın keçidinə 140 milyon avro xərcləməyə hazırdı. Əgər "sambaçı" "Barselona" ilə yeni müqavilə məsələsində razılığa gələ bilməsə, bu transferin baş tutmaq ehtimalı artacaq.
 
Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar 2013-cü ildən "Barselona"nın formasını geyinir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR