Millimizin AÇ-nın final mərhələsindəki oyunlarının vaxtı açıqlandı

Millimizin AÇ-nın final mərhələsindəki oyunlarının vaxtı açıqlandı
14:12 4 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

Fevralın 2-də Serbiyanın paytaxtı Belqradda start götürəcək futzal üzrə Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması "Avro-2016"nın ilk matçında İtaliya idmançıları ilə qarşılaşacaq.

Fevralın 3-nə təyin olunmuş görüş yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq. Həmyerlilərimiz ikinci oyunu fevralın 5-də Çexiya komandasına qarşı keçirəcəklər.
Qitə birinciliyinə fevralın 13-də yekun vurulacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR