"Neftçi" neçə oyun keçirəcək?

"Neftçi" neçə oyun keçirəcək?
14:22 4 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi” qış fasiləsinə sabah son qoyacaq. Fanat.az xəbər verir ki, yanvarın 5-6-da tibbi müayinədən keçəcək komanda üzvləri ayın 7-də məşqlərə başlayacaq. 


Klubun təlim-məşq bazası, “Bakcell Arena” və “Olimpiya stadionu”nda təşkil olunacaq təlim-məşq toplanışı müddətində komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi”nin yoxlama oyunlarının 14, 19 və 23 yanvar tarixlərində “Bakcell Arena”da keçirilməsi planlaşdırılıb.


Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının üçüncü dövrəsindəki ilk oyununu yanvarın 30-da keçirəcək. Komanda həmin gün “Bakcell Arena”da “Sumqayıt” klubunu qəbul edəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-nec-oyun-kecirck-t46565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR