Kamranla Vüqarın yeni klubu rəsmən müəyyənləşdi

Kamranla Vüqarın yeni klubu rəsmən müəyyənləşdi
14:27 4 Yanvar 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

"İnter" heyətini iki yeni futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, paytaxt klubu qapıçı Kamran Ağayev və hücumçu Vüqar Nadirovu sıralarına cəlb edib.


Hər iki futbolçu ilə müqavilə imzalanıb. Onlar mövsümün sonunadək paytaxt təmsilçisinin şərəfini qoruyacaqlar.


Kamranın son iş yeri Türkiyənin "Karşıyaka" klubu olub, Vüqar isə qış fasiləsinədək "Qəbələ"də çıxış edib.


Qeyd edək ki, buna qədər Abdulla Abatsiyev, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilian Vila, Stepan Polyak və Dieqo Martinslə yollarını ayıran “bankirlər” Mirhüseyn Seyidov, Rauf Əliyev, Fuad Bayramov, Nizami Hacıyev, Ruslan Əmircanov, İlkin Qırtımov, Elnur Abdullayev və Denis Silva ilə müqaviləni yeniləyib.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR