Azərbaycanda qida məhsullarının üzərinə “Ekoloji təmiz” yazısının göstərilməsinə qadağa qoyulub

Azərbaycanda qida məhsullarının üzərinə “Ekoloji təmiz” yazısının göstərilməsinə qadağa qoyulub
14:53 4 Yanvar 2016
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda qida məhsullarının üzərinə “Ekoloji təmiz” yazısının göstərilməsinə qadağa qoyulub.

Trend-in məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyasının təsdiqlədiyi “Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər” standartına əsasən, qida məhsulunun xüsusiyyətinə, eyniliyinə, tərkibinə, miqdarına, saxlanma və ya yararlılıq müddətinə, mənşəyinə, qida məhsulunun hazırlanma üsuluna dair istehlakçıları yanıldan ad verməyə, məhsulun malik olmadığı xüsusiyyətləri, həmçinin müalicəvi olduğunu qeyd etməyə, qida məhsullarının adlarında məhsulun tərkibində olmayan maddə və ya onun birləşməsinin adından istifadə etməyə yol verilmir. Qida məhsullarının tərkibinə qida məhsullarına (inqrediyentlərinə) oxşar aromatizator əlavə etdikdə, qida məhsulunun adında həmin məhsulun dad və ya ətirə malik olduğu qeyd edilməlidir. Standartlarda qeyd edilir ki, müxtəlif qida məhsullarına bir ad verməyə icazə verilmir.

Məhsulun “Yalnız üzvi gübrələrdən istifadə etməklə yetişdirilmişdir”, “Pestisidlərdən istifadə etmədən yetişdirilmişdir”, “Mineral gübrələrdən istifadə etmədən yetişdirilmişdir”, “Vitaminləşdirilmişdir”, “Konservantsız” kimi xüsusiyyətləri haqqında məlumatın verilməsi, yalnız istehsalçıda qeyd edilmiş məlumatın təsdiqi olduğu halda icazə verilir.

Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR