Buğa qadını havaya atıb, tapdaladı (FOTO,VİDEO)

16:11 30 Dekabr 2014
109 Digər
Ölkə mətbuatı
A- A+

Mübahisələrə səbəb olan matador yarışlarında faciədən dönülüb. Bu dəfə hadisə Meksikada yaşanıb. ANS PRESS-in məlumatına görə, Mexikoda buğa qadın matadoru sözün əsl mənasında tapdalayıb. Karla de los Anceles adlı qadının buğa üzərində nəzarəti təmin etdiyi düşünülürdü.

Qadın matador 495 kq çəkidə olan buğanı ikinci dəfə öldürməyə cəhd edib. Lakin o bu istəyinə nail ola bilməyib.

Qızğın buğa bir anda qadını buynuzuna alaraq yerə çırpıb. Daha sonra isə onu yerdə əzməyə çalışıb.

Gamusino adlı buğanın əsəbləri soyumayıb və matadora köməyə gələn köməkçisinə də hücum edib. Buğanın buynuzu ilə yaraladığı Karla adlı qadının ayaqlarında və belində 12 sm-lik kəsiklər meydana gəlib.

Dünyanın ən böyük arenası olan "Plaza Mexico"da eyni gün keçirilən başqa yarışda da faciənin bir addımlığından dönülüb. Belə ki, buğa stadionun ətrafındakı taxta bariyerlərin üzərindən tullanıb. Nəticədə bir izləyici yaralanıb.










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR