Türk şirkəti Rusiyaya uçuşları təxirə saldı

Türk şirkəti Rusiyaya uçuşları təxirə saldı
15:11 4 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Türk aviaşirkəti "Pegasus Airlines" Moskva və Krasnodardan İstanbula olan 6 reysi təxirə salıb.

ANS PRESS-in məlumatına görə, aviaşirkətdən bunu pis hava şəraiti ilə əlaqələndirsələr də, Rusiyadakı tərəfdaşları bunu viza çətinliklərilə izah edib.

"Pegasus Airlines"də uçuşların dayandırılması və təxirə salınması 2016-cı il yanvarın 1-dən qeydə alınıb. Domodedovo aeroportunun cədvəlinə əsasən, Moskva ilə İstanbul arasında uçuşlar 1,2 və 3 yanvar tarixlərində ləğv edilib və ya gecikmələrlə həyata keçirilib.

2016-cı ilin ilk 3 günündə həmçinin Krasnodardan olan reyslər də təxirə salınıb.

Türk aviaşirkəti ilə uçmalı olan sərnişinlərin internet yazışmalarında da dekabrın 30-dan başlayaraq yanvarın 1-ə qədər Krasnodardan İstanbula uçmağın mümkün olmadığı qeyd olunub. Onlara da uçuşların dayandırılmasının səbəbi kimi İstanbul hava limanında pis hava şəraitinin hökm sürdüyü bildirilib.


Türkiyədə qar hava limanının işini çətinləşdirib.

Aviaşirkətin Rusiyadakı ofisi də əmin edib ki, bu, antitürk sanksiyaları ilə əlaqədar deyil. Ofisin əməkdaşı güclü qar yağması səbəbindən Türkiyədə meteoşəraitin çətin olduğunu əsas gətirərək, reyslərlə bağlı problemin məhz bu səbəbdən yarandığını deyib.

"Pegasus Airlines" Türk Hava Yollarından sonra Rusiyaya müntəzəm uçuşlar təşkil edən ikinci aviaşirkətdir. Bu şirkət Moskva və Krasnodara həftədə 7 reys həyata keçirir. "Pegasus Airlines"in uçuşlarını 66 təyyarə reallaşdırır.

2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsinin Türkiyə hava qüvvələri tərəfindən vurulması iki ölkə arasında münasibətləri gərginləşdirib. Rusiya Türkiyəyə bəzi sanksiyalar tətbiq edib. Nəticədə Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub, çarter reyslərini ləvğ edib, eyni zamanda, birtərəfli qaydada vizasız rejimi dayandırıb. Həmçinin türk vətəndaşlarının Rusiyada işə götürülməsi də yasaqlanıb.
Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi xüsusi iqtisadi tədbirlər 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.
Bu baxımdan yeni ildən hər iki ölkə arasında münasibətlərin yenidən gərginləşməsi şübhəsi aviaşirkətlərin fəaliyyətində yaranan əngəllərin də bununla bağlı olması məsələsini gündəmə gətirib. Türk aviaşirkətləri yəqin ki, Rusiyanın sanksiyalarına cavab olaraq hansısa addım atmaq istədikləri təqdirdə, bu barədə açıq-aşkar məlumat verərdilər. Amma görünür Türkiyə Rusiyanın sanksiyalarına cavab olaraq hələ konkret tədbirlər görməyə tələsmir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR