ABŞ-da erməni iki həmyerlisini güllələyərək intihar edib

ABŞ-da erməni iki həmyerlisini güllələyərək intihar edib
15:44 4 Yanvar 2016
15 Dünya
Ölkə mətbuatı
A- A+

 
ABŞ-ın Ontario şəhərində 71 yaşlı Karapet Kalacyan iki həmyerlisini - 60 yaşlı Misak Minasyan və 59 yaşlı Ripsime Minasyanı odlu silahdan qətlə yetirib.
 

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Los Anceles polis departamentinin mətbuat xidməti məlumat yayıb.

 

Minasyanları öldürdükdən sonra Kalacyan özünü güllələyib.

 

Məlumata görə, insident Ontario şəhərindəki qəbiristanlıqda, Minasyanlar yaxınlarının məzarını ziyarət edən zaman baş verib.

 

Qətlin motivləri hələlik bəlli deyil. Polis istintaqa yardım üçün yerli sakinlərə müraciət edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR