İtkin düşən neftçilərin nəşləri yaxın vaxtda ölkəmizə gətiriləcək

İtkin düşən neftçilərin nəşləri yaxın vaxtda ölkəmizə gətiriləcək
15:48 4 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və istintaq qrupunun üzvləri Türkmənistan sahillərində aşkarlanan meyitlərə baxış keçiriblər. 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin Əzizağa Quliyev Nöhbala oğlu və Adil Abdullayev Ələkbər oğlu olduğu müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onların nəşləri yaxın vaxtda ölkəmizə gətiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilmiş və Kiyanlı dəniz limanına aparılmışdı. Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün yanvarın 4-də səhər Türkmənistana yola düşmüşdü.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Itkin_dusen_neftchilerin_nesleri_yaxin_vaxtda_olkemize_getirilecek-916045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR