İŞİD Liviyada yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

İŞİD Liviyada yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
15:57 4 Yanvar 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması Liviyanın Bin Cavad sahil yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Bu yaşayış məntəqəsinin 8 mindən çox əhalisi var. Bununla belə, Bin Cavad strateji əhəmiyyət daşıyır. Çünki neft kəməri və dəniz limanı onun yaxınlığında yerləşir.
Bu yaşayış məntəqəsi ölkənin Aralıq dənizi sahilindəki Sirt şəhərindən 100 km şərqdə yerləşir.
2011-ci ildə Bin Cavadda Liviyanın dövlət başçısı Müəmmar Qəddafinin silahlı qüvvələri ilə müxalifət arasında şiddətli döyüş gedib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-si-d-liviyada-yasayis-menteqesine-nezareti-ele-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR