Balakəndə yem istehsalı zavodunun qazanxanasında partlayış baş verib

15:58 4 Yanvar 2016
176 Digər
Ölkə mətbuatı
A- A+


Balakən, 4 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Yanvarın 4-də səhər saatlarında “Azəryem Sənaye” MMC-nin Balakən rayonundakı yem istehsalı zavodunun qazanxanasında partlayış baş verib.
Balakən rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildiriblər ki, hadisə zamanı qazanxanada 3 nəfər olub. Onlardan biri - 1987-ci il təvəllüdlü Elçin Əliyev həlak olub. Hadisə nəticəsində Anar Bodurov və Novruz Nastakalov isə xəsarət alıblar. Yaralılar təcili Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Balakende_yem_istehsali_zavodunun_qazanxanasinda_partlayis_bas_verib-916047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR