AZAL 2016-cı ildə ilk transferini reallaşdırdı

AZAL futbol klubu yeni ildə ilk transferini gerçəkləşdirib.

Klubun mətbuat xidmətindən report.az-a verilən məlumata görə, "təyyarəçilər" Eltun Hüseynovla iki illik müqavilə bağlayıb. 23 yaşlı futbolçu mövsümün birinci yarısını “Zirə”də keçirib.

Qeyd edək ki, gənc müdafiəçi hələ yayda AZAL-a keçə bilərdi. Baş məşqçi Tərlan Əhmədov tərəfindən heyətə dəvət olunan və anlaşmaya imza atan E.Hüseynovun sənədlə bağlı problemləri olduğundan onun AZAL-a keçidi baş tutmamışdı. Sonradan gənc futbolçu "Bakı" ilə problemini həll edərək "Zirə"yə keçmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR