"Mançester Yunayted" "Milan"a "yox" dedi

"Milan" "Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Fellayninin xidmətində maraqlıdı.

28 yaşlı futbolçunun transferi 25 milyon avro dəyərində qiymətləndirilir. O, ilinə təxminən 3,5 milyon avro məvacib alır. "Milan" Fellaynini birbaşa satın ala bilmək iqtidarında deyil.

Silvio Berluskoni belçikalının icarə əsasında "Milan"a keçməsi üçün ilk addımı atıb. Ancaq "Mançester Yunayted" rədd cavabı verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR