Musiqili Teatrda Yeni il şənlikləri davam edir

Musiqili Teatrda Yeni il şənlikləri davam edir
16:46 4 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrında Yeni il şənlikləri davam edir.

Axşam.az xəbər verir ki, teatrda tamaşaçıların böyük marağına səbəb olan tam fərqli, bir çox yenilik və sürprizlərlə zəngin əsl bayram şousu təşkil olunub. Balacalar şənlik boyu bir sıra maraqlı məqamlarla qarşılaşır, müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əylənirlər. Şaxta baba və Qar qız onlara gözəl, sürpriz dolu hədiyyələr təqdim edir.

Nağıl-tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədova, musiqi tərtibatçısı Mehman Fərəcovdur.

Yanvarın 6-dək davam edəcək Yeni il şənliklərində iştirak etmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR