​İranla diplomatik qalmaqal yaşayan dövlətlərin sayı 4-ə çatıb

​İranla diplomatik qalmaqal yaşayan dövlətlərin sayı 4-ə çatıb
16:47 4 Yanvar 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması haqda qərar qəbul edib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, BƏƏ İrandakı diplomatlarının sayını azaltmaq haqda qərar qəbul edib. Bundan başqa, BƏƏ İrandakı səfirini geri çağırıb.
Sudan da İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Bu haqda ölkə prezidenti Ömər əl-Bəşirin administrasiyası bildirib.
"Sudan Respublikası İranın ölkədəki səfirini "persona non-qrata" (arzuedilməz şəxs) elan edərək, diplomatik nümayəndəliyinin bütün əməkdaşlarının ölkənin tərk etməsini tələb edib. Bununla yanaşı, Sudan İrandakı səfirini də geri çağırıb", - deyə administrasiya vurğulayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-ranla-diplomatik-qalmaqal-yasayan-dovletlerin-sayi-4-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR