Gəncədə Cavad xanı yad etdilər - FOTO

Gəncədə Cavad xanı yad etdilər - FOTO
16:52 4 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Gəncənin sonuncu hakimi, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın rus işğalçılarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasından 212 il ötür.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bununla əlaqədar Gəncədə ənənəvi anım mərasimi keçirilib. Cavad xanın məqbərəsi önünə toplaşan şəhər sakinləri igid sərkərdənin məzarı üstünə gül dəstələri qoyublar. Mərasim iştirakçıları bidiriblər ki, Cavad xanın tarixi şəxsiyyət kimi yaddaşlarda qalmasının bir səbəbi də bu insanın dövlətçilik atributlarını yaratması və onu yaşatmasıdır. Cavad xan təkcə qəhrəmanlıq simvolu olmayıb, dövlətçilik ənənələrinə sadiqliyi ilə də yadda qalıb. 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan Rus İmperiyasının generalı Pavel Sisianovun ordusunun mühasirəsində bir aydan çox qalaraq Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğulları Uğurlu və Hüseynqulu ilə birlikdə qəhrəmancasına şəhid olub. Tarixi şəxsiyyətin 1804-cü ilin yanvarında Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı son döyüşü və ölümü ilə bağlı xatirə mərasimi ümumxalq qəhrəmanlıq günü kimi qeyd edilib.
Fuad Əliyev - AMEA Gəncə Bölməsinin sədri: 

"1804-cü ildə general Sisianovun başçılığı ilə Gəncə quberniyasına basqın olub. Sisianov Cavad xanla birgə onun övladlarını, ailə üzvlərini qətlə yetirib. Onlar dayandığımız yerdə - Şah Abbas məscidində torpağa tapşırılıblar. Gəncəlilər həmin dövrdən bəri bu qəbri qoruyub saxlayıblar. Müxtəlif dövrlərdə Səbzikar qəbristanlığında, sonradan burada, Gəncəmizin bayrağına bükülərək gördüyünüz bu movzoleydə dəfn olunublar". 

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR