Vaqif Səmədoğlunun ruhu ilə söhbət (VİDEO)

Vaqif Səmədoğlunun ruhu ilə söhbət (VİDEO)
16:56 4 Yanvar 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

Son görüşümüzdə razılaşmışdıq ki, əcəl aman verməsə belə mən Vaqif Səmədoğlugilə gedim. Mən də getdim, söz verdiyim kimi. Nüşabə xanımla danışsam da, Vaqif Səmədoğlunun ruhu ilə söhbət edirdim.

Mir Şahinin belə formatda ilk söhbətini ANS PRESS oxucularına təqdim edir.

- Vaqif Səmədoğlu bayramları sevən idi, yoxsa onun üçün fərqi yox idi?
- Mən onunla tanış oldum, evlilikdən öncə telefonla da danışırdıq. Mənim atam bayram günlərində ailənin bir yerə toplaşmasını sevirdi. Mən bütün bunları ona danışırdım. Deyirdim ki, bunda nə pis şey var ki ki, böyüm stol açılır, hər kəs onun başına toplaşır. Bu həm də mehribanşılıq yaradır.

Evləndikdən sonra mən çalışdım ki, bayramları birlikdə keçirək. Çalışdım ki, ailədə heç olmasa biz bunu qeyd edək. Siz deyən bayram adamı deyildi. Yeni il axşamı kim məni təbrik edirsə deyirəm ki, mənə bayram düşmür.
Qızım dedi ki, o, nə xoşalyırdısa onları da edəcəyəm.

- Nə xoşlayırdı o?
- Vaqif qurman idi, dadlı, yaxşı hər şey xoşlayırdı. Bir dəfə biz evlilik ərəfəsində Xavər xanımı onu tərifləyir. Deyir di ki, daşdan yumşaq qabağına nə qoysan yeyəcək. Vaqif də hirsləndi, dedi “Mama, adamda oğluna belə deyər?”. Dedim sən heç narahat olma elə bilki mən bu söhbəti eşitmədim. Sənin qabağında ürəyin nə istəyir o da olacaq. Həm dadlı yeməkləri sevirdi, eyni zamanda bir də götrürdün özü üçün kolbasa sosis alırdı. Mən onları yeyən deyildim.

- Həyatda Vaqifdən sonra nələri anlamağa başladınız?
- Mən demişəm, yenə də deyirəm anladım ki, mənim yanımdakı kimdir, hansı şəxsiyyətdir. Kimlə yaşayıram mən. Hər adam bəlkə də bunu anlaya bilməz. Necə ki, o, yaşamaq qüvvəsini ailəsindən alırdı, mən də həyatın mənasını onda görürdüm. O, heç bunu gizlətmirdi.
Allah məni bağışlasəın amma bu belə idi.

- Son anları xatırlamaq istəyirəm…
- Bayaq biz qızımızla yada salırdıq. Ayın 31-də ondan soruşduq ki, ürəyi nə istəyir. O bir paştet yedi, bir qaşıq ikra. Dedi bununla qurtardım. Sonra getdi yatdı. Bu artıq çox şey demək idi. İki dünya arasında idi. Son zamanlar mən bunu hiss edirdim.
Hətta bir dəfə mənə rus dilində dedi ki, “Nuşa otpusti menya” (Nuşa məni burax). Bu mənə çox pis təsir etdi. Mən yavaş –yavaş siz deyən məsələyə gəlirəm.
İsraildən ağrıkəsici, dərman gətirmişdik. Amma o gecə - 27-də birdən nə isə dəyişdi. Özünə ayrı yer də ayırdı. Heç kimi narahat etmək istəmirdi.
Sualları heç sevmirdi. Özü demişdi ki, “mən sonda başa düşdüm ki, cavablarım tükəndi, suallarım çoxaldı”.


Müsahibənin tam mətni ilə aşağıdakı videoda tanış ola bilərsiniz:

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR