Xınalıqda qar məktəb binasının damını çökdürüb

Xınalıqda qar məktəb binasının damını çökdürüb
17:02 4 Yanvar 2016
35 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb. “Report”un xəbərinə görə, buna səbəb güclü qar yağmasıdır. Hadisə qeyri-dərs gününə təsadüf etdirindən xəsarət alan olmayıb.
Məktəbin direktoru Ənvər Məmmədov “Report”a deyib ki, damın təxminən 20 faizi çöküb. “Bu, son 10 ilin ən güclü qarıdır”, - direktor əlavə edib.
Qeyd edək ki, Quba-Xınalıq yolu 6 gündür bağlıdır. Son bir ayda həmin yol güclü qar yağması səbəbindən beş dəfə bağlanıb.



Xəbərin orijinal ünvanı: http://report.az/hadise/xinaliqda-qar-mekteb-binasinin-damini-cokdurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR