Orta məktəbin həyətində intihar

17:09 4 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Goranboy rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın Report-a istinadən xəbərinə görə, rayonun Qarasüleymanlı kənd sakini, 1987-ci il təvəllüdlü Natiq Mətləb oğlu Abdullayev özünü kənd məktəbinin qazanxanasında kəndirlə asaraq intihar edib.

 

İki uşaq atası olan N.Abdullayevin intihar etməsinin səbəbləri Goranboy Rayon Prokurorluğunun araşdırmalarından sonra məlum olacaq.

 

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsində müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib.

 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR