Azərbaycanda qar məktəb binasının damını çökdürdü - FOTO

Azərbaycanda qar məktəb binasının damını çökdürdü - FOTO
17:12 4 Yanvar 2016
11 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb. "Report"un xəbərinə görə, buna səbəb güclü qar yağmasıdır. Hadisə qeyri-dərs gününə təsadüf etdirindən xəsarət alan olmayıb.

Məktəbin direktoru Ənvər Məmmədov "Report"a deyib ki, damın təxminən 20 faizi çöküb. "Bu, son 10 ilin ən güclü qarıdır", - direktor əlavə edib.

Qeyd edək ki, Quba-Xınalıq yolu 6 gündür bağlıdır. Son bir ayda həmin yol güclü qar yağması səbəbindən beş dəfə bağlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/395156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR