Rusiyadan İran və Səudiyyə Ərəbistana təklif

Rusiyadan İran və Səudiyyə Ərəbistana təklif
17:26 4 Yanvar 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya İran və Səudiyyə Ərəbistanı arasında yaranmış gərginliyin azalması üçün vasitəçilik etməyə hazırdır. ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, bu açıqlama Rusiya Xarici İşlər Nazirliyindən verilib.

"İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsinə görə dərin təəssüf hissi keçiririk. Dostları olaraq, bu iki ölkə arasındakı anlaşılmazlıqların və yarana biləcək yeni problemlərin həlli üçün, tələb olarsa vasitəçi olmağa hazırıq. Rusiya hər iki ölkənin XİN rəhbərini danışıqlar üşün Moskvaya dəvət etməyə hazırdır. Rusiya hər zaman dialoq və konstruktiv əlaqə tərəfdarıdır".


Rusiya XİN

Bu ərəfədə daha bir neçə ölkə İran ilə əlaqələrini dayandırıb. Bəhreyn krallığının Xarici İşlər Nazirliyinin bu qərarının səbəbi krallığın və Fars körfəzindəki ərəb ölkələrinin daxili siyasətinə müdaxilə olub.
"İran dəyərlərə, qanunlara, mənəviyyata hörmət etmir, mehriban qonşuluq siyasətinə riayət etmir, eləcə də BMT və İslam Əməkdaşlıq Təşkilatı əsaslarına riayət etmir".
İran diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

Rusiya XİN iki ölkə arasında münasibətlərin pozulmasını qeyri-konstruktiv addım adlandırıb. XİN-dən bildirilib ki, münasibətləri kəsmək yerinə dialoqu davam etdirmək lazımdır".

Sudan hökuməti də İranla diplomatik əlaqələrin dayandırıldığını elan edib. Bu barədə ölkə prezidenti Omar əl-Bəşirin admnistrasiyası açıqlama verib. "Sudan respublikası İran səfirini arzuolunmaz şəxs elan edib və diplomatik nümayəndəliyin işçilərinin ölkəni tərk etməsini istəyib. Sudan səfiri də İrandan geri çağrılır".



İki ölkə arasında münasibətlər Səudiyyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyinibəyan edib. Səudiyyə höküməti iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR