I Avropa Oyunları ilə bağlı əsas marşurutlar müəyyən edildi

I Avropa Oyunları ilə bağlı əsas marşurutlar müəyyən edildi
16:11 30 Dekabr 2014
135 Ölkə
Ölkə mətbuatı
A- A+

I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı hesabatda qeyd edilib. Bildirilib ki, nəzərdə tutulan idman obyektləri üzrə bütün marşrutlar və əsas marşrut üzrə hərəkət üçün işlər yerinə yetirilib.

Hazırda isə bu obyektlərlə bağlı Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) ilə birgə test işləri həyata keçirilir. Hər bir obyekt üzrə marşrutun oyunlar zamanı necə fəaliyyət göstərməsi üçün analizlər aparılır və əlavə işlərin görülməsi üçün tədbirlər görülür.

Eyni zamanda, I Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işlənib hazırlanmış plana əsasən yollarda xüsusi Avropa Oyunları zolaqları ayrılacaq ki, bu yol zolaqlarından yalnız idmançılar, işçi heyət, qonaqlar istifadə edəcəklər. Bu isə o deməkdir ki, həmin ərazilərdə yollar bağlanmayacaq. Əhali yolun digər zolağından istifadə edə biləcək.

Əlavə olaraq, I Avropa Oyunları ilə əlaqədar idman yarışlarının keçiriləcəyi məkanlara daha tez və vaxtında çatmaq üçün işçi heyəti, idmançılar, qonaqlar üçün ekspress marşrutlar – yəni ictimai nəqliyyat vasitələri də təşkil olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR