34 yaşlı ulduz Premyer Liqa yolunda

34 yaşlı ulduz Premyer Liqa yolunda
17:37 4 Yanvar 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Zlatan İbrahimoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçunun meneceri Mino Raiola açıqlama verib.

4 ildi formasını geyindiyi PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq İbranın Paris klubundan ayrılacağı dəqiqdi. Onun növbəti dayanacağı İngiltərə ola bilər.

"Mən Zlatanın Premyer Liqada oynamasını istəyirəm. O, hələ də İngiltərədə oynamaq üçün kifayət qədər gücə və istedada sahibdi. Premyer Liqa Zlatan üçün ən uyğun yerdi" deyə menecer bildirib.

Bu arada İngiltərə mətbuatı "Çelsi" və "Mançester Yunayted"in onun xidmətində maraqlı olması barədə xəbər yayıb.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR