Balakəndə zavodda baş verən partlayışın səbəbi açıqlanıb

Balakəndə zavodda baş verən partlayışın səbəbi açıqlanıb
18:07 4 Yanvar 2016
87 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Balakəndə “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində partlayış qazanxanada olan qazanın üzərində yerləşdirilmiş qoruyucu klapanın işləməməsi səbəbindən baş verib. Bunu “Report”a istilik sistemləri üzrə mütəxəssis İsa Əsgərov deyib. O bildirib ki, klapanın işləməməyi səbəbindən qazanda yüksək təzyiq və par əmələ gəlib. Nəticədə partlayış hadisəsi olub.
Qeyd edək ki, bu gün 10:30-da “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Nəticədə zavodda işləyən Qullar kənd sakini, 26 yaşlı Elçin Əliyev hadisə yerində keçinib, digər işçilər - Qullar kənd sakini, 26 yaşlı Novruz Nastakalov və Qazma kənd sakini, 34 yaşlı Anar Bozurov isə xəsarət alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR