Bu ölkədə 20 nəfər donaraq ölüb

Bu ölkədə 20 nəfər donaraq ölüb
18:16 4 Yanvar 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Polşada iki gün ərzində 20 nəfər donaraq ölüb. ANS PRESS-in məlumatına görə, son bir neçə ay ərzində Polşanın ayrı-ayrı bölgələrində temperatur 20 dərəcə aşağı düşüb.

Sinoptiklərin proqnozlarına görə, şaxta hələ bir neçə həftə davam edəcək. Təhlükəsizlik mərkəzindən verilən məlumatlara əsasən, noyabrın 1-dən etibarən artıq ölənlərin sayı 39 nəfərə çatıb.

Təhlükəsizlik mərkəzinin nümayəndəsi Bojena Vısoçkoyanın dediyinə görə, yalnız son sutka ərzində 12 nəfər ölüb. Bundan bir gün əvvəl isə daha 8 nəfərin öldüyü deyilir.

Havanın soyuq keçməsi, yağan qar yolları iflic vəziyyətə salıb, 150-dən çox ev istiliksiz qalıb. Bəzi dükan və marketlər bağlanıb, bəzi dövlət müəssisələri tətil elan ediblər.


Polşada yağan qar


Ümumiyyətlə, Avropada qış çox sərt keçir və insanların donaraq ölməsi hallarına, demək olar, hər il rast gəlinir. Ən yadda qalan il isə 2012-ci il olub. Bu il Avropada 60-dan çox insan donaraq dünyalarını dəyişib. Soyuq hava daha çox Şərqi və Mərkəzi Avropada müşahidə edilib.

Ukraynada 30-a yaxın, Polşada isə təxminən 20 adam soyuq havanın qurbanı olub. Onların əsasən evsiz-eşiksizlər olduğu vurğulanıb. Bəzi ölkələrdə havanın hərarəti mənfi 20-25 dərəcəyədək enib. Sinoptiklərin proqnozlarına görə, şaxta azı bir həftə davam edəcək.


Avropa yağan qar


Avropada qış fəslinin çox sərt keçdiyi və insan təlafatı ilə yadda qalan ölkələri bunlardır:

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR