Bakının mərkəzindəki gecə klubunda törədilən qətlin üstü açıldı

Bakının mərkəzindəki gecə klubunda törədilən qətlin üstü açıldı
18:59 4 Yanvar 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Polis və prokurorluq orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Səbail rayonunda törədilən qətlin üstü isti izlərlə açılıb.

Bakı şəhər Baş Polis Polis İdarəsi və  şəhər prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd edilir ki, bu gün saat 06:00 radələrində Bakı şəhəri Səbail rayonu Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici xəsarətlə xəstəxanaya aparılarkən yolda vəfat edib.

 

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində  qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. İsti izlərlə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev saxlanılıb.

 

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227454

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR