Qarğıdalı unu ilə gözəlləşin!

Qarğıdalı unu ilə gözəlləşin!
20:17 4 Yanvar 2016
141 Sosial
Ölkə mətbuatı
A- A+

Qarğıdalı unu həm orqanizm, həm də dəri üçün faydalıdır. Bu undan hazırlanan maskalarla qara nöqtə və sızanaqlardan xilas ola bilərsiniz.

Milli.Az bildirir ki, publika.az-ın təqdim etdiyi maska reseptini mütləq sınayın.
 
1 qaşıq qarğıdalı ununu 1 qaşıq gil və 1 qaşıq üz kremi ilə qarışdırın. Quru dəri tipinə sahib olanlar maskanın tərkibinə zeytun və ya şirin badam yağı əlavə edə bilərlər. Maskanı təmiz dəriyə çəkib 10 dəqiqə gözləmək, daha sonra dərini ilıq su ilə yumaq lazımdır. Maska həftədə iki dəfə çəkilsə, öz effektini göstərəcək.
 
Qeyd edək ki, qarğıdalı ununun tərkibindəki A vitamini və beta-karotenlər bir çox dəri problemini aradan qaldırmaqla yanaşı, yaşlanma əlamətlərinə qarşı da olduqca təsirlidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR