Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası

Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası
20:44 4 Yanvar 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Tehranın mərkəzi meydanında şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz olaraq növbəti kütləvi etiraz aksiyası keçirilib.

 

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, nümayişçilər Əl-Saud sülaləsinin  devrilməsinə dair şüarlar səsləndiriblər.

 

Yanvarın 3-də şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum ediblər. Bundan sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR